Xəbərlər

Bakı Avrasiya Universitetində od çərşənbəsi qeyd edildi.

Bakı Avrasiya Universitetində  od çərşənbəsi qeyd edildi.
  • 01 Mar 2022

Bu gün Bakı Avrasiya Universitetinin kollektivi qədim zamanlardan bu günümüzə qədər adət -ənənələrimizi özündə saxlayan milli bayramımız olan Novruzun ən gözəl çərşənbələrindən biri - od çərşənbəsini qeyd etdi.

Təntənəli mərasimdə öncə universitetin struktur bölmələri Novruz adət-ənənələrini əks etdirən Novruz süfrələrini təqdim edərək,türk xalqlarının xilaskarlıq rəmzi olan tonqala od vurublar.Tədbirə qatılan universitetin rektoru,professor Nazim Hüseynli bu bayram ərəfəsində bütün kollektivə səmimi təbriklərini çatdırıb, od çərşənbəsində odun, tonqalın yandırılmasını gələcək ilin ruzili, bərəkətli keçməsinə işarə olduğunu, od, tonqal yandırmaq isə  yaz fəslinin başlanmasının,eyni zamanda havaların isinməsinin əsas göstəricisi olduğunu qeyd edib. Daha sonra qara zurna sədaları altında milli rəqslərimiz və qədim oyunlarımız kosa və keçəlin iştirakı ilə tədbirə rəngarənglik qatıb.Qeyd edək ki,təntənəli mərasimdə universitetin əcnəbi tələbələridə iştirak ediblər və milli bayramımızın möhtəşəmliyinə,süfrə mədəniyyətinə və zənginliyinə bir daha heyran olduqlarını gizlədə bilməyiblər.

Digər Xəbərlər