Bakı Avrasiya Universitetinə (BAAU) qəbul qaydaları
Əcnəbi vətəndaşların BAAU-ya qəbulu Universitetdə yaradılan Qəbul komissiyası tərəfindən həyata keçirilir. Namizədlərin müraicətləri elektron formada Təhsil Portalı (https://portal.edu.az/) səhifəsindən aparılır.
BAAU-ya müraciət üçün tələb olunan sənədlər:
1) Əcnəbi vətəndaşın CV-si (Tərcümeyi halı);
2) əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
3) sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
4) etibarlı sərhədkeçmə sənədi;
5) tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
6) fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
BAAU-da əcnəbi vətəndaşlar ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqdim olunan ixtisaslarda təhsil ala bilərlər:
1) Bakalavriat təhsil pilləsinin ixtisasları (Link-1-də);
2) Magistratura təhsil pilləsinin ixtisasları (Link-2-də);
3) Doktorantura təhsil pilləsinin ixtisasları (Link-3-də).
BAAU-da əcnəbi tələbələrin təhsil haqqları aşağıdakı kimi müəyyən olunmuşdur:
1) Hazırlıq kursu üçün təhsil haqqı - 1000 USD
2) Ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üçün təhsil haqqı - 1500 USD
BAAU-ya qəbul üçün Əcnəbi vətəndaşların müraciət dövrü:
I dövr: Hazırlıq üçün qəbul 10 avqust - 30 sentyabr
I dövr: Ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üçün qəbul 10 avqust - 10 sentyabr
II dövr: Hazırlıq üçün qəbul 10 yanvar - 30 mart
II dövr: Ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üçün qəbul 10 yanvar - 10 fevral
Daha ətraflı məlumatı BAAU-nun Əcnəbi tələbələrlə iş mərkəzindən əldə etmək olar: