A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/tmp/ci_session28bc0d8e5f1b735a89844f4589c97ed190ededf6): Failed to open stream: No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 174

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/Pages.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /tmp)

Filename: Session/Session.php

Line Number: 143

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/Pages.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

Bakı Avrasiya Universiteti

Miqrasiya

Miqrasiya

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduqdan sonra olduğu yer üzrə qeydiyyata alınmalıdırlar..Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt  vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrin, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir.

Tələb olunan sənədlər:
  1. ərizə anket;
  2. əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
Qeyd: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması
  1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
  2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
  3. Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının ərazisində müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin uzadılması)  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket (universitet nümayəndəsi tərəfindən doldurulur;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;(insanın immunçatışmazlığı virusu infeksiyası, B və C hepatitləri təhlükəli yoluxucu xəstəlikləri)
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun (40 Azn) ödənilməsi barədə sənəd.