“İqtisadiyyat və idarəetmə” kafedrası üzrə
- Mühasibat; Mühasibat uçotu və audit
- Dövlət və bələdiyyə idarəetməsi
- Marketinq
- Biznesin idarə edilməsi
- Turizm işinin təşkili
“Humanitar elmlər və regionşünaslıq” kafedrası üzrə
Riyaziyyat və İKT kafedrası üzrə
- İnformasiya texnologiyaları
Müraciətlər
[email protected] elektron poçt ünvanı vasitəsilə onlayn qəbul edilir. İddiaçılar tərəfindən müraciət etmək istədiyi ixtisas və tədris etmək istədiyi fənlərin adlarının qeyd edilməsi vacibdir.
Müraciətə aşağıdakı sənədlər pdf formatda əlavə edilməlidir:
- CV;
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom (diplomlar) və diploma əlavə (əlavələr);
- elmi dərəcə (dərəcələr) haqqında diplom (diplomlar) və elmi ad (adlar) haqqında attestat (attestatlar);
- dərc olunmuş elmi və tədris-metodiki işlərin siyahısı;
- əmək kitabçasının surəti, saathesabı işləyənlər üçün işlədiyi müəssisədən müvafiq arayış;
Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.
İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ təlim üsullarının tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.
Sənədlərin qəbulu 26 dekabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək aparılır. Sənədlər qəbul edildikdə iddiaçının qiymətləndirilməsi üçün onun açıq dərsinin mövzu və keçirilmə vaxtı müəyyənləşdirilir və sənədlərin qəbul edildiyi vaxtdan 1 gündən gec olmayaraq iddiaçıya bu barədə bildiriş göndərilir. Üzrlü səbəbdən (bu barədə məlumat verilməlidir) təyin olunmuş vaxtda gəlməmək imtina kimi qiymətləndirilir.
Müraciətlərə Universitetin İşə qəbul komissiyası tərəfindən 31 yanvar 2023-cü il tarixədək iddiaçıların iştirakı ilə baxılır. İddiaçıların qiymətləndirilməsi onların təqdim etdiyi sənədlər və əvvəlcədən təyin olunmuş vaxtda keçirdiyi dərsin təhlili əsasında aparılır.
Əlavə məlumat üçün: İcra aparatı, aparat rəhbəri Nərgiz Həsənova, tel.: (+994 12) 564 63 67; (+99412) 564 63 65, daxili nömrə 108,
Rektorluq