Viza

Viza

Ümumi məlumat
  • Azərbaycan Respublikasına təhsil almaq üçün gələn  gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil vizası ilə ölkəyə daxil olmalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. 
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir. 
  • Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
Asan viza
  • “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
  • Asan viza haqqında ətraflı məlumat aşağıdakı linkdən əldə edə bilərsiniz: https://mfa.gov.az/en/category/viza/asan-viza