- 16 Dec 2022
10-cu Beynəlxalq Hakimli və İştiraklı
AVRASİYA ZİRVESİ ELMİ TƏDQİQATLAR VƏ İNNOVASİYALAR KONQRESİ
16-17 fevral 2023-ci il., Bakı
Bakı Avrasiya Universiteti və İKSAD İnstitutu
(canlı, üz-üzə və onlayn iştirak)
Müraciət və qeydiyyat prosesi
Konfrans təqvimi
• Xülasə (özət) təqdim etmək üçün son tarix: 1 fevral 2023 (yalnız xülasə (özət) ilə qəbul edilir)
• Qeydiyyat və ödəniş: 1-4 fevral 2023
• Proqramın elanı: 8 fevral 2023
• Tam mətnin göndərilməsi üçün son tarix: 21-25 fevral 2023-ci il tarixləri arasında. (tam mətni təqdim etmək öhdəliyi yoxdur. Siz yalnız xülasə ilə də iştirak edə bilərsiniz)
• Konfrans matrillarının son nəşr tarixi: 10 mart 2023-cü il
Konfrans iştirak növü
• Onlayn iştirak və təqdimat: Zoom vasitəsilə həyata keçiriləcəkdir. Giriş parolu konfrans proqramında dərc olunacaqdır.
• Canlı üz-üzə iştirak və təqdimat: Bakı Avrasiya Universitetində üz-üzə iştirak edə bilərsiniz.
Konfransın əhatə dairəsi və mövzuları
Hörmətli alimlər, tədqiqatçılar, magistrantlar,
Fənlərarası akademik tədqiqatların bir-birinə müsbət təsiri birlikdə işləməyi zəruri edir. Multidissiplinar tədqiqatlar işi nəinki hissələrə bölüb asanlaşdırır, həm də yenilik və innovasiyaya təkan verən amil kimi önə çıxır. Sizi müxtəlif elm sahələrini birləşdirən araşdırmalarınızla konfransımızda iştirak etməyə dəvət edirik.
Tədqiqat sahələri/ Konfrans əhatə dairəsi
Sosial, humanitar və inzibati elmlər
Təhsil elmləri
Təbiət elmləri
Səhiyyə elmləri
Mühəndislik elmləri
Memarlıq, planlaşdırma və dizayn
Sahələrdə yazılmış bütün orijinal əsərlərə açıqdır
Akkreditasiya
Konfransımız beynəlxalq akkreditasiyaya malikdir
Xülasə və yazı qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıq İngilis və Azərbaycan dilində.
Tam mətn ən azı 5 səhifə, 12 şrift 1 aralıq xülasə (özət) də daxil olmaqla İngilis və yaxud Azərbaycan dilində.
Müraciət forması
• Word formatında yazılmış xülasənizi 1 fevral 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz. Xülasə Mətn Nümunəsi: DAXİL OLUN
• Xülasə qiymətləndirmə prosesi orta hesabla 2 gün çəkir. hakimin qərarı (müsbət/mənfi/düzəliş) dərhal sizinlə paylaşılır.
• Xülasəniz qəbul edildikdən sonra sizə qəbul məktubu (pdf) göndəriləcək.
• Qəbul etdikdən sonra ən geci 4 fevral 2023-cü il tarixinədək konfransın ödənişini aşağıdakı hesab nömrəsinə yatıraraq qəbzi göndərməniz lazımdır
• Üz-üzə və onlayn iştirakla bağlı ətraflı məlumat (ödəniş və s.) aşağıda verilmişdir.
• Konfrans proqramı 8 fevral 2022-cü ildə dərc olunacaqdır. Zəhmət olmasa proqramda adınızı yoxlayarsınız.
• Təqdimatlar (onlayn 16-17 fevral və yaxud üz-üzə 17 fevral 2023-cü il tarixlərində keçiriləcəkdir. Sessiyalar mövzular və dil əsasında təşkil olunacaqdır.
• Onlayn təqdimatlarda iclas sədri/moderatoru olmaq istəyən iştirakçılar müraciətlərini 4 fevral 2023-cü il tarixinədək elektron poçt vasitəsi ilə bildirmələri lazımdır.
• Tam mətnlərinizi 21-25 fevral 2023-cü il tarixləri arasında [email protected] ünvanına göndərə bilərsiniz. Tam mətn nümunəsi DAXİL OLUN
• İstinadlar və ədəbiyyatlar APA Stilində tərtib edilməlidir.Tam mətnləriniz ən azı 5 səhifə olmalıdır.
Onlayn iştirak haqqı nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (onlayn iştirakçılar üçün PDF şəklində)
Üz -üze iştirak haqqı nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri (PDF)
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı ( PDF şəklində)
Çay kofe
KONFRANSIN NƏŞR İMKANLARI
Xülasə və tam mətnlər kitabda ISBN ilə çap olunacaqdır