- 03 Oct 2026
Bakı Avrasiya Universiteti (BAAU) və IDTech Academy əməkdaşlığı çərçivəsində güzəştli IT təlim proqramına başlayır. Proqram çərçivəsində müəyyən edilmiş "IT & Network Foundation", "CCNA", "RHCSA", "Kibertəhlükəsizlik" və "Proqramlaşdırma (Java)" modullar üzrə təlimlər təşkil olunacaq.
Təlimlər həm nəzəri, həm də real keyslər əsasında peşəkar təlimçilər tərəfindən keçiriləcək.
Təlimin iştirakçıları sonda BAAU-nun və IDTech Academy-nin birgə təsdiq etdiyi sertifikat ilə təltif olunacaqlar.
Sertifikatla yanaşı, təlim iştirakçıları karyera mentorları tərəfindən də dəstək alacaqlar.
Sözügedən proqram barədə ətraflı məlumat və qeydiyyat üçün təqdim olunan mobil/votsap nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 10 333 23 24




