Elanlar

16-cı Beynəlxalq Mardin Artuklu Elmi Tədqiqatlar Konfransı keçiriləcək

16-cı Beynəlxalq Mardin Artuklu Elmi Tədqiqatlar Konfransı keçiriləcək
  • 27 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) də tərəfdaş kimi iştirak etdiyi 16-cı Beynəlxalq Mardin Artuklu Elmi Tədqiqatlar Konfransı 8–10 fevral 2026-cı il tarixlərində Türkiyə Respublikasının Mardin şəhərində təşkil olunacaqdır.

Konfransın əsas məqsədi müxtəlif elmi sahələr üzrə aparılan tədqiqatların beynəlxalq elmi müstəvidə təqdim edilməsi, alim və tədqiqatçılar arasında elmi əməkdaşlığın gücləndirilməsi və aktual elmi problemlərin müzakirəsidir.

Konfrans onlayn və üzbəüz formatda keçiriləcəkdir.

Onlayn oturumlar: 8–9–10 fevral 2026-cı il

Üzbəüz oturumlar: 10 fevral 2026-cı il

Vacib tarixlər:

Məruzə özetlərinin göndərilməsi üçün son tarix: 25 yanvar 2026

Qəbul edilmiş məruzələrin nəticələrinin elan edilməsi:

Rəyçi rəyi daxil olduqdan dərhal sonra iştirakçılara məlumat veriləcəkdir.

İştirak ödənişlərinin ödənilməsi və ödəniş qəbzinin göndərilməsi: 23–28 yanvar 2026

Konfrans proqramının elan edilməsi: 1 fevral 2026

Məruzə tam mətnlərinin göndərilməsi üçün son tarix (tam mətn göndərilməsi məcburi deyil): 13 fevral 2026, saat 17:00 (bu tarix uzadılmayacaqdır)

Konfrans kitabının nəşr tarixi: 25 fevral 2026 (tarix qətidir)

Konfrans materialları konfrans kitabında dərc ediləcəkdir.

Əlavə məlumat və müraciət üçün:

e-Poçt: [email protected]

Sayt: www.artuklukongresi.org

16-cı Beynəlxalq Mardin Artuklu Elmi Tədqiqatlar Konfransı keçiriləcək

Digər Elanlar