Elanlar

2023-24-cü tədris ili üçün magistratura pilləsinə tələbə qəbulu

2023-24-cü tədris ili üçün magistratura pilləsinə tələbə qəbulu
  • 19 Jul 2023

BAKI AVRASİYA UNİVERSİTETİ

Bakı 2023/2024-cü tədris ili üçün magistratura pilləsinə qəbul üçün açılan ixtisasların siyahısı

Magistraturaya qəbul olanların nəzərinə!

Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrlar elektron qaydada təhsil müəssisəsinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00‑dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün sənədlərin siyahısı

https://portal.edu.az/ platformasında qeydiyyatdan keçən bakalavrlar aşağıdakı sənədləri qeydiyyat müddətində (iyulun 21-dən 31-dək) Universitetə təqdim etməldirlər:

01 Ali təhsil haqqında sənəd və ona əlavənin əsli (cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış)

02 Şəxsiyyət vəsiqəsinin surəti 

03 3×4 ölçüdə 4 ədəd fotoşəkil

04 Hərbi biletin surəti, hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar)

05 Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi 

06 Elektron ərizənin iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu

07 Təhsil haqqı ödənişi haqqında qəbzin surəti (təhsil haqqı Universitetin aşağıda göstərilmiş bank hesabına ödənilməlidir)

Universitetin bank hesab nömrəsi

Bakı Avrasiya Universiteti

Ünvan: Akademik H.Əliyev 135 A

VÖEN: 1500008331

Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200048

H/H :AZ22AIIB38030019441100326104

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AIIBAZ2X"

 

Qeyd:

1. Təqdim olunan sənədlərdə ad, soyad və ya ata adı fərqlənərsə, tələb olunan sənədlərə ad, soyad və ya ata adının dəyişdirilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

2. Sağlamlıq haqqında arayış sentyabr ayının 15-dək təqdim edilməlidir.

"3. Dövlət büdcəsi hesabına təhsil almaq hüququ olan aşağıdakı kateqoriyadan olan şəxslər bu imtiyazı təsdiq edən sənədlərin notarial təsdiqini təqdim etməlidir:

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sırasından olan şəxslər (əyani formada, 23 yaşınadək);

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;

- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.

4. Universitetin elan etdiyi təhsil haqqı güzəştini qazanmış (müsabiqənin ilk mərhələsində Universiteti seçməklə 100 bal toplayanlar I semestrin təhsil haqqından tam, 90-99 bal toplayanlar 30 % güzəşt) şəxslər bu güzəştdən istifadə etmək üçün illik təhsil haqqının qalan hissəsini qeydiyyat zamanı ödəməlidir.

"Sənədlər  31 iyul 2023-cü il tarixədək həftənin I-V günləri saat 10.00-dan 17.00-dək qəbul edilir .

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A 

Əlaqə tel.: + 994 12 564 63 67; + 994 12 564 63 65, mob.: +994 55 217 81 17 (Səbinə Cəlilova)

 

Digər Elanlar