- 06 Aug 2023
Bakı Avrasiya Universiteti (BAAU)
2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
Ixtisaslar |
Təhsilalma forması |
Beynəlxalq münasibətlər |
əyani/qiyabi |
Biznesin idarə edilməsi |
əyani/qiyabi |
Dövlət və bələdiyyə idarəetməsi |
əyani |
İqtisadiyyat |
əyani/qiyabi |
Maliyyə |
əyani/qiyabi |
Marketinq |
əyani/qiyabi |
Mühasibat |
əyani/qiyabi |
İnformasiya texnologiyaları |
əyani/qiyabi |
Sosial iş |
əyani/qiyabi |
Turizm işinin təşkili |
əyani/qiyabi |
əyani/qiyabi |
|
əyani |
Sənədlərin qəbulu elektron qaydada https://portal.edu.az/ platformasında “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” vasitəsilə 2023-cü il iyunun 1-dən avqustun 31-dək aparılır.
Təkrar ali təhsil yalnız ödənişli əsaslarla, əyani və qiyabi təhsilalma forması üzrə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əmək kitabçasının surəti (işləyənlər üçün);
1993-cü ildən sonra xarici ölkə ali təhsil müəssisələrindən məzun olanlar aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanır.
Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç., 135 A
Elektron poçt: [email protected]