- 26 Aug 2024
2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş abituriyent və subbakalavrların qeydiyyatı
Qeydiyyat 2024-cü il 28 avqust tarixdən 06 sentyabr tarixədək (saat18:00-dək) aparılır.
Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
1. Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
2. Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
3. 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil
4. Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
5. Sağlamlıq haqqında arayış
6. Təhsil haqqının ödəniş qəbzi
Sənədlər (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi; təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 15 sentyabr 2024-cü il tarixədək Universitetin Qeydiyyat ofisinə verilməlidir.
İllik təhsil haqqının 50 %-i qeydiyyat zamanı ödənilməlidir, qalan təhsil haqqı məbləğinin ödənişinə 2024-cü ilin dekabr ayının 20-dək vaxt verilir.
Təhsil haqqı FİN kod tələb edilən ödəniş terminallarından (FİN kodu daxil edib, qəbul olduğu ali təhsil müəssisəsini seçməklə, Təhsil xidmətləri - Ali təhsil müəssisələrinə ödəniş- FİN kod ardıcıllığı ilə ) edilməlidir.
Qeyd 1. : Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməlidir.
Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.
Əlaqə nömrələri:
Filologiya və Tərcümə ixtisaslarına qəbul olanlar üçün: 099 310 14 13 (watsapp)- Səbinə Cəlilova
İqtisadiyyat yönümlü ixtisaslara qəbul olanlar üçün üçün: 099 310 14 17 (watsapp- Sitarə Vüsal
Regionşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İnformasiya texnologiyaları, Turizm işinin təşkili, Sosial iş ixtisaslarına qəbul olanlar üçün: 099 310 14 19 (watsapp)- Aydan Nağıyeva
Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A