Elanlar

“Ali təhsil müəssisələrində Elmin kommersiyalaşdırılması” mövzusunda vebinar

“Ali təhsil müəssisələrində Elmin kommersiyalaşdırılması” mövzusunda vebinar
  • 04 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Elm, İnnovasiya və Doktorantura sektorunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiya Transferi Mərkəzinin Baş mütəxəssisi Ramin Əkbərovun iştirakı ilə 8 iyul 2025 saat 15.00-16.30-da “Ali təhsil müəssisələrində Elmin kommersiyalaşdırılması” mövzusunda vebinar təşkil olunacaq.

BAAU-nun bütün professor-müəllim heyəti, doktorantlar, magistrantlar və maraqlı hər bir şəxs vebinarda iştirak edə bilər.

Vebinarın təqdim olunan linki 14.45-dən aktiv olacaq.

Vebinarın linki: https://meet.google.com/jkt-qmvd-pvo

Vebinarla əlaqədar hər hansı bir sual üçün əlaqələndirici şəxs, Vüsalə Həsənova təyin edilmişdir və onunla təqdim olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Tel.: (+994 12) 564-63-67 (daxili: 118)

“Ali təhsil müəssisələrində Elmin kommersiyalaşdırılması” mövzusunda vebinar

Digər Elanlar