Elanlar

Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı 6-8 İyun 2025-ci il

Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı 6-8 İyun 2025-ci il
  • 29 Apr 2025

2025-ci ilin 6-8 iyun tarixlərində Bakı Avrasiya Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçiriləcəkdir. Konfrans onlayn və üz-üzə təşkil ediləcək.

 

Konfransın təqvimi

Tezislərin təqdim edilməsi üçün son gün 28 may 2025-ci il

Ödəniş tarixi - 1-2 iyun 2025-ci il

Konfrans proqramının elanı - 3 iyun 2025-ci il

Konfrans tarixləri - 6-8 iyun 2025-ci il

Tam mətnlərin təqdim edilməsi üçün son tarix - 13 iyun 2025-ci il

Konfrans Kitabının nəşri - 10 iyul 2025-ci il

​​​

İştirak və təqdimat forması:
Onlayn iştirak: İştirakçılar “ZOOM” proqramı vasitəsilə təqdimatlarını canlı yayımlayacaqlar.
Zoom giriş məlumatları və parol konfrans proqramı ilə birlikdə dərc olunacaq.

Canlı iştirak: Konfrans canlı olaraq Lerik rayonunda keçiriləcəkdir.

 

Konfransla bağlı ətraflı məlumat almaq üçün klik edin

 

Digər Elanlar