Elanlar

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
  • 10 Mar 2024

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Azərbaycanın 2030: sosial-iqtisadi inkilşafıa dair Milli Prioritetlər”dən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuş, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Bütün bunlar, müvafiq maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasını, müzakirə-lər, araşdırma və tədqiqatlar vasitəsilə ölkəmizin Yaşıl dünya ilə həmrəylik imkanlarının tanıdıl-masını zəruri edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərən-camından, eləcə də yuxarıda qeyd edilən zərurətdən irəli gələrək Bakı Avrasiya Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı əsasında “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransın bölmələri:

Ø Yaşıl iqtisadiyyat, Yaşıl dünya ilə həmrəyliyin əhəmiyyəti

Ø İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası

Ø Regional inkişaf və inteqrasiya imkanları

Ø Yaşıl inkişaf və sosial sferanın iqtisadiyyatı

Ø Yaşıl iqtisadiyyatda sahibkarlığın inkişafı, dövlət-özəl tərəfdaşlığı

 

Konfrans 25 aprel 2024-cü il tarixində Bakı Avrasiya Universitetində keçiriləcəkdir.

• Xülasə təqdim etmək üçün son tarix: 01 aprel 2024-cü il

• Proqramın elanı: 08 aprel 2024-cü il

• Konfransın keçirilməsi: 25 aprel 2024-cü il

• Tam mətnin göndərilməsi üçün son tarix: 10 may 2024-cü il

 

Xülasə və yazı qaydaları:

Xülasə 200-300 söz arası 12 şrift 1 aralıqla Azərbaycan, ingilis və rus dillərində göndərilməlidir. Xülasənin sonunda açar sözlər göstərilməlidir.

Məruzə mətninin yazı qaydaları:

Tam mətn 5-10 səhifə, 12 şrift 1 aralıqla xülasələr də daxil olmaqla Azərbaycan, ingilis və ya rus dillərindən birində göndərilməlidir.

Müraciət forması

· Word formatında yazılmış xülasə 01 aprel 2024-cü il tarixinədək [email protected] ünvanına göndərilməldir;

· Xülasə qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək

Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:

• MS Word redaktoru

• A4 formatı;

• 12 ölçülü Times New Roman şrifti;

• Sətirlərarası interval – 1;

• Mətnin kənar boşluqları – 2 sm;

• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir;

Qeyd: Tələblərə və mövzuya uyğun olmayan mətnlərə konfrans materiallarında yer verilməyəcəkdir.

Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A

Tel: (+994 12) 564-63-67 E-mail: [email protected]

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Digər Elanlar