Elanlar

BAAU-da “Məzun günü 2025” tədbiri keçiriləcək

BAAU-da “Məzun günü 2025” tədbiri keçiriləcək
  • 20 Jun 2025

Bakı Avrasiya Universitetində (BAAU) 2024/2025-ci tədris ilinin məzunlarına həsr olunmuş “Məzun günü 2025” tədbiri keçiriləcək.

Tədbir 25 iyun 2025-ci il tarixində saat 17:00-da BAAU ilə Bakı Avrasiya Kollecin (BAAK) birgə təşkilatçılığı ilə təşkil olunacaq. Ənənəvi olaraq təşkil olunan tədbirdə universitet və kollecin rəhbərliyi, qonaqlar, professor-müəllim heyəti və məzunlar iştirak edəcəklər.

“Məzun günü 2025” tədbiri çərçivəsində təbrik nitqləri, məzunların çıxışları, eləcə də musiqili və bədii proqramlar olacaq. Tədbirin sonunda təhsilində yüksək nəticələr göstərmiş  və ictimai fəallıqları ilə seçilmiş məzunlar təltif olunacaqlar.

Gəlin bu Məzun gününü unudulmaz edək!

BAAU-da “Məzun günü 2025” tədbiri keçiriləcək

Digər Elanlar