- 24 Mar 2025
Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və türk dilləri
kafedrasının təşkilatçılığı ilə
28 aprel 2025-ci il tarixində keçiriləcək
“Qloballaşan dünyada milli dillər gənc filoloqların araşdırmalarında” adlı
Tələbə Konfransı
28 aprel 2025-ci il, Bakı
Müraciət və qeydiyyat:
Konfransın təqvimi
• Məqalə təqdim etmək üçün son tarix: 11 aprel 2025-ci il
• Proqramın elanı: 15 aprel 2025-ci il
• Konfransın keçirilməsi: 28 aprel 2025-ci il
• Konfrans Bakı Avrasiya Universitetində keçiriləcəkdir
Tədqiqat sahələri/ Konfransın əhatə dairəsi
Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
Dilçilik istiqaməti üzrə
1. Azərbaycan dilinin inkişafında dilçilik məktəbləri
2. Türk dilinin müasirləşməsi yolunda aparılan islahatlar
3. Dialekt və şivələrin ədəbi dildə yeri və rolu
4. Onomastik vahidlərin dildə üslubi imkanları
5. Qədim türkdilli leksikanın Azərbaycan dilində izləri
6. Azərbaycan mühitində milli azlıqların dilləri, təhlükədə olan dillər
7. Dövlət dilinin statusu məsələləri
8. Dildə arxaik elementlər
9. Qloballaşan dillərin digər dillərə təsir dairəsi
10. İngilis dilinin müasir həyatımızda rolu
11. Ərəb və fars dillərinin digər dillərə təsir dairəsi
Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir.
Mətnin yazı qaydaları:
Xülasə və məqalədən ibarət mətn eyni vaxtda göndərilməlidir. Xülasə 1500 işarə sayı 12 şrift 1,5 aralıqla Azərbaycan və ingilis dillərində göndərilməlidir. Xülasənin sonunda 5 açar söz qeyd edilməlidir. Məqalə isə 8000-10000 işarə sayı 12 şrift 1,5 aralıqla olmalıdır.
Məqalə müəllifi səhifənin sağ hissəsində başda ad və soyadını, tələbəsi olduğu universitetin, təhsil aldığı fakültənin və ixtisasının adını doğru şəkildə yazmalıdır. Məqaləni öz adına olan elektron adresdən göndərməli və o elektron adresini də qeyd etməlidir. ORCİD kodu varsa, qeyd etməlidir. Bundan əlavə, əlaqə nömrəsi də qoya bilər.
Müraciət forması
- Word formatında yazılmış məqalə 11 aprel 2025-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir
· Mətn qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək
· Konfrans 28 aprel 2025-ci il tarixində keçiriləcəkdir
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materialında yer verilməyəcəkdir.
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: (+994 12) 564-63-67
E-mail: [email protected]