Elanlar

BAAU fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün üçün müsabiqə elan edir

BAAU fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün üçün müsabiqə elan edir
  • 01 Aug 2025

BAAU fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün üçün müsabiqə elan edir:

Dekan vəzifələri üzrə: 

1) Filologiya fakültəsi

2) Regionşünaslıq və iqtisadiyyat fakültəsi 

Kafedra müdiri vəzifələri üzrə:

1) Azərbaycan və dünya ədəbiyyatı kafedrası

2) Tərcümə kafedrası

3) Sosial və siyasi fənlər kafedrası

4) Ümumi fənlər kafedrası

5) İqtisadiyyat kafedrası

6) Biznes və menecment kafedrası

Dekan vəzifəsinə müvafiq fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. 

Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və  “Bakı Avrasiya Universitetində dekan, kafedra müdiri, dekan müavini və professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

1. rektorun adına ərizə;

2. kadrlar uçotunun şəxsi vərəqəsi;

3. tərcümeyi-hal;

4. ali təhsil haqqında diplomun surəti;

5. elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti;

6. dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

7. kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Universitetdə çalısan namizədlər yalnız 1, 5-7 sıra sayları ilə qeyd edilmiş sənədləri təqdim edir.

İddiaçıların tədris prosesinin idarə edilməsi, elmi-pedaqoji fəaliyyəti, tədris prosesidə yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər. 

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir. 

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır. 

Müsabiqədə iştirak etmək üçün sənədlər Universitetin İcra aparatına, yaxud  [email protected] elektron ünvanına təqdim olunmalıdır. Sənədlər elektron ünvana təqdim olunduğu halda mövzu yerində müvafiq olaraq “Kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqədə iştirak”, yaxud “Fakültə dekanı vəzifəsinin tutulması üçün müsabiqədə iştirak” qeyd edilməlidir.

Ünvan: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, İsa Bulağ küç., giriş 18 (əvvəlki akademik Həsən Əliyev küç.,135 A)

Əlavə məlumat üçün: +994 12 564 63 67; +99412 564 63 65 (daxili nömrə 108)   

Rektorluq

BAAU fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün üçün müsabiqə elan edir

Digər Elanlar