- 03 Aug 2026
Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi magistraturaya qəbul olan bütün bakalavrları təbrik edir, onlara yeni təhsil mərhələsində uğurlar arzulayır !
BAAU-nun magistraturasına qəbul olan bütün bakalavrlar 2026-cı ilin 3 avqust tarixindən saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün platformaya daxil olaraq "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" bölməsində tələb olunan məlumatlar elektron formada sistemə daxil edilməlidir.
Qeydiyyatdan keçməmək təhsil almaqdan imtina kimi qiymətləndirilir.
Təhsil haqqının ödənilməsi üçün yalnız ASAN Pay, eManat və digər istənilən bankın mobil tədbiqdən elanda qeyd edilən kimi Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməklə ödəyə bilərlər.
İllik təhsil haqqının 50%-i qeydiyyat zamanı ödənilməlidir, qalan təhsil haqqı məbləğinin ödənişinə 2026-cı ilin dekabr ayının 20-dək vaxt verilir.
Əlavə məlumat üçün Universitetin Qəbul Komissiyasının WhatsApp nömrəsi ilə əlaqə saxlamaq mümkündür: +994 55 292 11 63
QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRIN SİYAHISI:
1) Ali təhsil haqqında sənəd və ona əlavənin əsli (cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış);
2) Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi);
3) 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;
4) Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti;
5) Sağlamlıq haqqında arayış;
6) Təhsil haqqının ödəniş qəbzi (mütləq təqdim olunmalıdır);
7) Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi.
Siyahıda qeyd edilən sənədlər https://my.gov.az platformasında qeydiyyatdan keçərkən tələb olunduğu halda sistemə yüklənməlidir.
Siyahı üzrə bütün sənədlər 15 sentyabr 2026-cı il tarixədək Universitetin Qeydiyyat ofisinə verilməlidir. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, İsa Bulağı küç. 18 (əvvəlki akademik Həsən Əliyev küç. 135 A)
Universitetin bank rekvizitləri:
Universitetin adı: BAKI AVRASIYA UNIVERSITETI (BAAU)
VÖEN: 1500008331
Universitetin hesab N-si: AZ36HAJCHCRAZN10010394313001
Bankın adı: ASC XALQ Bankı, Baş filialı
Bankın kodu: 501026
VÖEN: 2000296061
Müxbir hesab: AZ24NABZ01350100000000067944
S.W.I.F.T. Bik: HAJCAZ22XXX




