Elanlar

BAAU-nun professor – müəllim heyəti üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.

BAAU-nun professor – müəllim heyəti üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.
  • 03 Mar 2026

2026–2027-ci tədris ilinin payız və yaz semestrlərində, aşağıda adları qeyd olunan Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə üzv universitetlərində tədris prosesində iki həftə iştirak etmək istəyən professor – müəllim heyəti üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.

Üzv universitetlərin siyahısı ilə burada tanış ola bilərsiniz: https://turkunib.org/tr/members/

Müraciət üçün tələb olunan sənədlər:

1. Müəllim ərizə forması

2. Müəllim mübadilə proqramı 

Sənədləri aşağıdakı linkdən əldə etmək mümkündür: https://turkunib.org/tr/orhun

Müraciət zamanı diqqət edilməli şərtlər:

- Müəllim mübadiləsi ali təhsil müəssisəsində çalışan akademik heyətin digər ali təhsil müəssisəsində müəyyən müddət ərzində tədris fəaliyyəti həyata keçirməsini nəzərdə tutur.

- Mübadilə proqramına müraciət etmək istəyən akademik heyət üstünlük verdikləri universitetin rəsmi internet saytına daxil olaraq tədris etdikləri fənlərin həmin universitetdə mövcud olub-olmadığını və tədrisin hansı dildə aparıldığını yoxlamalıdırlar.

- Akademik heyət üçün mübadilə müddəti tədris ili ərzində bir dəfə olmaqla 2 həftə təşkil edir.

- Daha əvvəl mübadilə proqramlarında iştirak etməyən professor-müəllim heyətinin müraciətlərinə üstünlük verilir.

- Professor-müəllim heyətinin səfər xərcləri göndərən universitet, qalma və yemək xərcləri isə qəbul edən universitet tərəfindən qarşılanır. Bu imkanlardan əlavə akademik heyətə nağd ödəniş nəzərdə tutulmur.

- Müraciət zamanı yalnız bir universitet və bir semestr seçimi edilə bilər.

- Bütün sənədlər elektron formada doldurulmalıdır.

Müraciətin son tarixi: 23 mart 2026-cı il

Mübadilə proqramında iştirak etmək istəyən professor – müəllim heyəti Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərlər.

Əlaqə vasitələri:

eMail: [email protected]

Mob./Votsap: +994 55 200 16 33 

Əlaqələndirici şəxs: Ülvi Həsənov

Proqram haqqında ətraflı məlumatı aşağıdakı ünvandan əldə etmək mümkündür: https://turkunib.org/tr/orhun

BAAU-nun professor – müəllim heyəti üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.

Digər Elanlar