ELANLAR

BAAU “Tədqiqatçıların 3-cü daxili qrant müsabiqəsi” ni elan edir

BAAU “Tədqiqatçıların 3-cü daxili qrant müsabiqəsi” ni elan edir
  • 15 Oct 2026

Bakı Avrasiya Universiteti (BAAU) universitetin professor-müəllim heyəti və tədqiqatçıları üçün universitetdaxili elmi potensialın gücləndirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi və fənlərarası araşdırmaların stimullaşdırılması məqsədilə

 “Tədqiqatçıların 3-cü daxili qrant müsabiqəsi” ni elan edir.

1. MÜSABİQƏNİN MƏQSƏDİ

Müsabiqənin əsas məqsədi Bakı Avrasiya Universitetində (BAAU) beynəlxalq standartlara və müasir çağırışlara cavab verən elmi-tədqiqat və innovasiya mühitini canlandırmaq, akademik heyətin yaradıcı potensialını stimullaşdırmaqdır.

2. PRİORİTET ELMİ İSTİQAMƏTLƏR

Müsabiqə aşağıdakı istiqamətlər üzrə layihələri əhatə edir:

·     Humanitar və ictimai elmlər: Layihə müddətində nəzərdə tutulan fəaliyyətlərə və müstəqil araşdırmalara dəstək göstərilməsi vasitəsilə cəmiyyətin sosial-mədəni inkişafı sahəsində beynəlxalq standartlara cavab verən yekun elmi/innovativ nəticələrin əldə edilməsi;

·     İqtisadiyyat və idarəetmə: Qlobal və regional iqtisadi proseslərin, idarəetmə modellərinin tədqiqi, bu sahədə elmi potensialın stimullaşdırılması və əldə olunan nəticələrin beynəlxalq platformalarda/nəşrlərdə tanıdılması;

·     Regionşünaslıq və beynəlxalq münasibətlər: Beynəlxalq münasibətlər sisteminin aktual problemlərinin araşdırılması, elmi-metodoloji inkişafın yüksəldilməsi və sahəvi səriştələrin/potensialın artırılmasına yönəlmiş elmi çıxışların təmin edilməsi;

·     Filologiya və tərcüməşünaslıq: Dilçilik, ədəbiyyatşünaslıq və tərcümə nəzəriyyəsinin aktual istiqamətləri üzrə fərdi və fənlərarası tədqiqat təşəbbüslərinin dəstəklənməsi, elmi işlərin beynəlxalq elmi mühitə inteqrasiyası;

·     İnnovativ təhsil texnologiyaları: Universitet daxilində müasir təhsil standartlarının yüksəldilməsi, yeni nəsil fərdiləşdirilmiş təlim modellərinin qurulması, rəqəmsal təhsil platformalarının və innovativ tədris metodologiyalarının institusional icrası. 

3.      QRANT MƏBLƏĞLƏRİ ÜZRƏ LİMİTLƏR

Müsabiqə üzrə ümumi fonddan layihə kateqoriyasına ayrılan maksimum vəsait:

Layihə kateqoriyası

Maksimum məbləğ (AZN)

Gözlənilən nəticə öhdəliyi

Təhsilalanların elmi-tədqiqat səriştələrinin artırılması və akademik mentorluq layihələri

3000 AZN-ə dək

Layihə müddətində nəzərdə tutulan tədqiqat fəaliyyətlərinə və təhsilalanlara tam mentorluq dəstəyinin göstərilməsi, onların elmi-analitik vərdişlərinin inkişaf etdirilməsi və müvafiq sahə üzrə beynəlxalq standartlara cavab verən yekun elmi/innovativ nəticənin əldə edilməsi.

4. İŞTİRAK ŞƏRTLƏRİ

·     Professor-müəllim heyəti və tədqiqatçılar: BAAU-nun ştatda olan əməkdaşları layihə rəhbəri və ya komanda üzvü kimi;

·     Layihənin icra müddəti: Tədqiqat və innovasiya layihələrinin planlaşdırılması, icrası və yekun nəticələrinin təqdim edilməsi daxil olmaqla maksimum 6 (altı) aydır;

·     Məhdudiyyət: Elmi şəffaflıq və icra keyfiyyətinin qorunması prinsiplərinə əsasən, hər bir iddiaçı yalnız bir layihədə rəhbər kimi iştirak edə bilər.

5. TƏLƏB OLUNAN SƏNƏDLƏR

İştirakçılar aşağıdakı sənədləri elektron (PDF formatında) və kağız daşıyıcıda Elm, innovasiya və doktorantura sektoruna (EİDS, 212-ci otaq) təqdim etməlidirlər:

1.        Layihənin annotasiyası və əsaslandırılması (elmi/rəqəmsal yenilik, tədqiqat metodologiyası və gözlənilən konkret nəticələr);

2.        Layihənin iş planı (6 aylıq fəaliyyət dövrünü əks etdirən icra mərhələləri üzrə grafik);

3.        Xərclər smetası (ayrılan vəsaitin layihə hədəflərinə uyğun xərclənmə istiqamətləri barədə əsaslandırma).

6. QİYMƏTLƏNDİRMƏ MEYARLARI

Layihələr müstəqil ekspert komissiyası tərəfindən hər bir kateqoriyanın özünəməxsus çıxış öhdəlikləri əsas götürülməklə, aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

·        Mövzunun aktuallığı və problemin elmi əsaslandırılması;

·        Nəticələrin tətbiq imkanları və akademik inteqrasiya potensialı;

·        İş planının və tədqiqat mərhələlərinin reallığı;

·        Təklif olunan xərclərin (proqram təminatı, lisenziyalar, akademik nəşr, kitab və s.) 6 aylıq fəaliyyət planı daxilində real və əsaslandırılmış olması.

4.     MÜHÜM TARİXLƏR

Müsabiqənin icrası və sənəd qəbulu üçün müəyyən edilmiş mühüm tarixlər və operativ əlaqə məlumatları aşağıdakı kimidir:

·       Sənəd qəbulunun başlanması: 19.10.2026

·       Son müraciət tarixi: 29.10.2026 (saat 18:00-dək)

·       Nəticələrin elan olunması: 06.11.2026

Müraciət üçün rəsmi ünvan: BAAU-nun Elm, innovasiya və doktorantura sektoru (EİDS), 212-ci otaq.

Rəsmi E-poçt: [email protected]

BAAU “Tədqiqatçıların 3-cü daxili qrant müsabiqəsi” ni elan edir

DİGƏR ELANLAR