Elanlar

BAAU tələbələri üçün Türkiyənin Çankırı Karatekin Universitetinə Erasmus+ KA171 Mübadilə Proqramı

BAAU tələbələri üçün Türkiyənin Çankırı Karatekin Universitetinə Erasmus+ KA171 Mübadilə Proqramı
  • 05 May 2025

Türkiyənin Çankırı Karatekin Universitetinə Erasmus+ KA171 Mübadilə Proqramı çərçivəsində tələbə mobilliyi üçün qış semestrinə qəbul başladı.

Müsabiqədə seçiləcək tələbə sayı: 3 (üç) nəfər 

Müraciət üçün son tarix: 30.05.2025

Payız semestri: 22.09.2025 – 09.01.2026 (110 gün)

Müraciət üçün tələblər:

- Bakalavriat səviyyəsində təhsil alan tələbələr: Minimum ÜOMG 65/100

- Magistratura səviyyəsində Beynəlxalq münasibətlər, İqtisadiyyat, İngilis dili və ədəbiyyatı, Biznesin idarəedilməsi ixtisasında təhsil alan tələbələr: Minimum ÜOMG 76/100

- Dil biliyi: Ən azı B2 səviyyəsində ingilis və ya türk dili biliyi (müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur) 

Tələb olunan sənədlər (ingilis dilində):

- Ümumvətəndaş pasportun surəti;

- Akademik Transkript;

- CV; 

- Niyyət məktubu;

- 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).

Qeyd-1: Müraciət forması (yalnız uyğun gələcək namizədlərə BAAU-nun Layihələrin idarəedilməsi və akademik mobillik sektoru tərəfindən verilir).

Təqaüd nələri əhatə edir?

- Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;

- Səfər xərci: 275 (iki yüz yetmiş beş) avro;

- Qəbul edən universitetdə təhsil haqqından azadolma.

Yaşayış xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd-2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Təqaüdün ödəniş şərtləri:

Ümumi təqaüdün 70%-i qrant müqaviləsi imzalandıqdan sonra 2 həftə ərzində ödəniləcək. Qrantın qalan 30%-i isə semestr başa çatdıqdan və tələb olunan sənədlər mübadilə proqramın koordinatoruna təqdim edildikdən sonra ödəniləcəkdir.

Qeyd-3: Erasmus+ proqramında heç iştirak etməyən tələbələrə üstünlük veriləcək. 

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Layihələrin idarəedilməsi və akademik mobillik sektoruna müraciət edə bilərsiniz:

Mob./Votsap: (+994) 50 357 51 78 (müraciət üçün hər gün saat 09:00-dan 20:00-a kimi)

E-poçt: [email protected]

BAAU tələbələri üçün Türkiyənin Çankırı Karatekin Universitetinə Erasmus+ KA171 Mübadilə Proqramı

Digər Elanlar