- 27 Aug 2026
2026/2027-ci tədris ili üçün Bakı Avrasiya Universitetinin (BAAU) bakalavriat səviyyəsi üzrə müəyyən edilmiş qəbul planı tam dolub.
Bu nəticə universitetimizə göstərilən etimadın, təhsil proqramlarımıza və yaratdığımız akademik imkanlara olan marağın mühüm göstəricisidir.
BAAU-nu seçərək tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edir, onlara yeni başlayan tələbəlik həyatında uğurlar arzulayırıq.
Universitetimizi seçən abituriyentlərə və onların ailələrinə göstərdikləri etimada görə təşəkkür edirik.




