- 26 Aug 2026
Bakı Avrasiya Universitetində (BAAU) bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlərin diqqətinə !
BAAU tələbəsi adını qazanan bütün gənclərimizi bir daha ürəkdən təbrik edirik, BAAU ailəsinə xoş gəldiniz !
Onlayn qeydiyyat haqqında təlimat:
Qəbul olunan abituriyentlər və subbakalavrlar 28 avqust tarixindən 8 sentyabr tarixinədək (saat 18:00-a kimi) qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə https://my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər və tələb olunan sənədləri, yəni portalda adları qeyd olunacaq sənədləri onlayn şəkildə sistemə yükləməlidirlər.
Müəyyən olunmuş müddətdə https://my.gov.az portalında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri BAAU-ya göndərilməyəcək.
Təhsil haqqının ödənişi barədə təlimat:
Qeydiyyat zamanı təhsil haqqını tam və ya minimum 50%-ni (qalan 50%-ni isə 2026-cı ilin 20 dekabr tarixinədək) ödəmək mümkündür.
Təhsil haqqını tam ödəmək üçün yalnız eManat və AsanPay ödəniş terminallarından;
Təhsil haqqını hissə-hissə ödəmək üçün istənilən bankın mobil tətbiqi vasitəsilə və ya BAAU-nun Xalq Bankdakı hesabına ödəmək mümkündür.
QEYD: Ödənişdən sonra https://my.gov.az portalındakı şəxsi kabinetdə əgər statusunuzda “ödəniş edildi” göründüyü halda ödəniş qəbzinin sistemə yüklənməsinə ehtiyac yoxdur, yox əgər statusunuzda “ödəniş edilməlidir” görsənərsə, o zaman ödəniş qəbzini sistemə yükləmək mütləq lazımdır.
BAAU-nun bank rekviziti:
Bankın müştərisi: Bakı Avrasiya Universiteti (BAAU)
BAAU-nun VÖEN-i: 1500008331
BAAU-nun Hesablaşma Hesabı (H/H): AZ36HAJCHCRAZN10010394313001
Bankın adı: ASC XALQ Bankı, Baş filialı
Bankın VÖEN-i: 2000296061
Bankın kodu: 501026
Bankın S.W.İ.F.T. kodu: HAJCAZ22XXX
Bankın Müxbir Hesabı (M/H): AZ24NABZ01350100000000067944
Təhsil haqqına BAAU-nun tətbiq etdiyi bir illik güzəştlərin şərtləri:
Müsabiqənin ilk mərhələsində 500 və daha yüksək bal toplayıb Bakı Avrasiya Universitetini seçən tələbələr I tədris ilində təhsil haqqından tam azad olunur, 400-499 bal toplayanlara isə I tədris ilində təhsil haqqında 30% məbləğində güzəşt edilir.
15 sentyabr 2026-cı il tarixindən etibarən BAAU-ya təqdim ediləcək sənədlərin siyahısı:
1) Cari ilin məzunları tam orta təhsil haqqında attestatın elektron versiyasını notarial təsdiq etdirməklə, əvvəlki illərin məzunları isə tam orta təhsil haqqında attestatın (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplomun) əsli;
2) Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi, vətəndaşlığı olmayan şəxslər isə şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi);
3) 3×4 ölçüdə və ağ fonda 4 (dörd) ədəd fotoşəkil;
4) Sağlamlıq haqqında arayış;
5) Təhsil haqqının ödəniş qəbzi (sistemdən əldə etmək mümkün olmadıqda tələb oluna bilər);
6) Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (yalnız oğlanlar).
Əlavə məlumat üçün WhatsApp nömrələr:
+994 55 292 11 63 və ya +994 993 10 14 13
BAAU-nun təqdim olunan WhatsApp kanalına link vasitəsilə qoşulmaqla yeniliklərdən xəbərdar ola bilərsiniz: https://whatsapp.com/channel/0029VbDKlFU1XquSsfRmZ03j




