- 01 Oct 2025
Əziz tələbələr,
Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsinizsə, müraciət edin!
TGT sədrliyinə namizədlər üçün tələblər:
Təhsilinin sonuncu ilində olmamalıdır;
Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.
TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:
1) Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
2) Namizədin CV-si;
3) Tərcümeyi-hal;
4) Motivasiya məktubu;
5) Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.
Qeydiyyat linki: https://forms.gle/g9UtkzVLnf1x1w6D8
Son müraciət tarixi: 03.10.2025