- 28 Apr 2025
Bakı Avrasiya Universitetində 2025-ci ilin 29 aprel - 5 may tarixlərində Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG – Sustainable Development Goals) həsr olunmuş “SDG Həftəsi” keçirilir.
"SDG Həftəsi" Bakı Avrasiya Universiteti və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "SDG`s for youth" klubunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
"SDG Həftəsi" həm yerli, həm də beynəlxalq gündəmdə aktual olan ekoloji, sosial və iqtisadi problemlərə diqqət çəkmək və tələbələrin bu istiqamətdə fəal rol oynamasına şərait yaratmaq məqsədi daşıyır.
"SDG həftəsi" ərzində müxtəlif problemlərə uyğun araşdırmalar aparılacaq, tədbirlər təşkil ediləcək.
BAAU SDG Həftəsinin proqramı ilə tanış olmaq üçün klik edin