- 05 Jul 2024
Magistraturaya qəbul olanların nəzərinə!
Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrlar elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2024-cü il 09 iyul tarixindən 18 iyul tarixinədək aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeydiyyat üçün sənədlərin siyahısı
1. Ali təhsil haqqında sənəd və ona əlavənin əsli (cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. 3×4 ölçüdə 4 ədəd fotoşəkil
4. Hərbi biletin surəti, hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar)
5. Magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi (Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən əldə edilir)
6. Təhsil haqqı ödənişi haqqında qəbzin surəti (təhsil haqqı Universitetin aşağıda göstərilmiş bank hesabına ödənilməlidir)
Qeyd: Ali təhsil haqqında sənəd (diplom) və ona əlavənin surəti, cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış, hərbi biletin, hərbi bileti olmayanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin (oğlanlar üçün) surəti və təhsil haqqı ödənişi haqqında qəbzi https://portal.edu.az/ platformasında elektron qeydiyyat zamanı müvafiq xanalara yüklənməlidir.
Universitetin bank hesab nömrəsi
Bakı Avrasiya Universiteti
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1500008331
Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200048
H/H :AZ22AIIB38030019441100326104
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X