- 10 Aug 2026
Bakı Avrasiya Universiteti (BAAU) və IDTech Academy əməkdaşlığı çərçivəsində “IT sertifikatlaşdırma və Karyera Proqramı”na start verilir. Sözügedən proqram çərçivəsində müəyyən edilmiş "IT & Network Foundation", "CCNA", "RHCSA", "Kibertəhlükəsizlik" və "Proqramlaşdırma (Java)" modullar üzrə təlimlər təşkil olunacaq.
Təlimlər həm nəzəri, həm də real keyslər əsasında peşəkar təlimçilər tərəfindən keçiriləcək.
Təlimin iştirakçıları sonda BAAU-nun və IDTech Academy-nin birgə təsdiq etdiyi sertifikat ilə təltif olunacaqlar.
Sertifikatla yanaşı, təlim iştirakçıları karyera mentorları tərəfindən də dəstək alacaqlar.
Sözügedən proqram barədə ətraflı məlumat və qeydiyyat üçün Bəyaz Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: Mob./Votsap: +994 10 333 23 24




