- 02 Mar 2026
Türkiyə Respublikasının Çankırı Karatekin Universiteti Erasmus+ KA171 proqramı çərçivəsində BAAU-nun akademik heyəti üçün aşağıdakı şərtlərlə mübadilə proqramına müsabiqə elan edir.
Müsabiqədə seçiləcək akademik heyət sayı: 2 (iki) nəfər
Tarix: 13 – 17 aprel 2026-cı il
Tələb olunan sənədlər:
· Niyyət məktubu;
· CV (türk və ya ingilis dilində);
· Ümumvətəndaş pasportu.
Müraciət üçün son tarix: 22 mart 2026-cı il
Təqaüdə daxildir (bir nəfər üçün):
Səfər xərci – 309 avro
Yeddi gün üçün – 1036 avro
Qeyd: Bütün sənədlər pdf formatında (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 22 mart 2026-cı il tarixinə kimi təqdim olunan “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.




