- 27 Jul 2026
“Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransın tarixi: 15–16 oktyabr 2026
Məkan: Naxçıvan Dövlət Universiteti (NDU)
Sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
Ətraflı məlumat və müraciət üçün link: www.nasco.ndu.edu.az
Ənənəvi – əyani formatda baş tutacaq konfransın əsas məqsədi doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların inkişafı üçün geniş platforma yaratmaqdır.




