- 10 Apr 2023
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı Avrasiya Universiteti 2023-ci il üçün fəlsəfə doktoru proqramı üzrə
doktorantura (əyani və qiyabi) və dissertanturaya
QƏBUL ELAN EDİR
Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisaslar üzrə aparılır.
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Qəbul planı |
|||
Doktorantura üzrə |
Dissertantura üzrə |
||||
Cəmi |
Əyani |
Qiyabi |
|||
5704.01 |
Dil nəzəriyyəsi |
1 |
1 |
||
5706.01 |
Azərbaycan dili |
1 |
1 |
1 |
|
5708.01 |
German dilləri |
1 |
|||
5716.01 |
Azərbaycan ədəbiyyatı |
1 |
1 |
1 |
|
5718.01 |
Dünya ədəbiyyatı (ingilis, rus) |
1 |
1 |
||
5901.01 |
Beynəlxalq münasibətlər |
1 |
|
1 |
1 |
5904.01 |
Siyasi institutlar və sistemlər |
1 |
|
1 |
1 |
|
Cəmi: |
6 |
1 |
5 |
5 |
1. Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Təhsil ödənişlidir, təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.
2. Doktorant qəbulu xarici dil, fəlsəfə və ixtisas fənni imtahanlarının nəticəsi əsasında keçirilir. Xarici dil imtahanından müvəffəqiyyətlə keçən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklə (maddə 21.1.4.-1) əlaqədar doktoranturaya qəbul üzrə ilk imtahandan (xarici dil) müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət verilir.
4. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik
olmalıdırlar.
5. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən qəbul imtahanı verirlər.
6. Doktorantura və dissertanturaya sənədlərin qəbulu: 12 aprel - 16 may 2023-cü il tarixlərində keçirilir.
7. Doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elek-
tron qaydada keçirilir. Namizədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olub, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçirlər.
Rektorluq