Elanlar

Düzgün jurnal seçimi və müəllif hüquqları mövzusunda vorkşop keçiriləcək.

Düzgün jurnal seçimi və müəllif hüquqları mövzusunda vorkşop keçiriləcək.
  • 09 Feb 2026

BAAU-nun Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin təşkilatçılığı ilə keçiriləcək vorkşopun məqsədi açıq giriş prinsiplərinin elmi-tədqiqat fəaliyyətində rolu, düzgün jurnal seçimi və müəllif hüquqları, tədqiqatçıların imkanlarının artırılması və bu sahədə beynəlxalq təcrübənin paylaşılmasıdır.

Vorkşopun təlimçisi Gültekin Gürdaldır. O, İzmir Texnologiya İnstitutu Kitabxana İdarəsinin müdiri, OpenAIRE İdarə Heyətinin üzvü və Research Ecosystems A.Ş. həmtəsisçisidir.

12 fevral 2026-cı il saat 19:00-da hər kəs üçün açıq olan vorkşop Google Meet platforması üzərindən təqdim olunan link vasitəsilə təşkil olunacaq: https://meet.google.com/xui-vkng-pff

Vorkşopda elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən hər kəs iştirak edə bilər.

Düzgün jurnal seçimi və müəllif hüquqları mövzusunda vorkşop keçiriləcək.

Digər Elanlar