Elanlar

Fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elanı

Fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elanı
  • 02 Mar 2025

BAKI AVRASİYA UNİVERSİTETİ

fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün

MÜSABİQƏ ELAN EDİR :

Dekan vəzifələri üzrə:

Filologiya fakültəsi

Regionşünaslıq və iqtisadiyyat fakültəsi

 Kafedra müdiri vəzifələri üzrə:

Azərbaycan və dünya ədəbiyyatı kafedrası

Humanitar fənlər və regionşünslıq kafedrası

        

Dekan vəzifəsinə müvafiq fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

 

Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və  “Bakı Avrasiya Universitetində dekan, kafedra müdiri, dekan müavini və professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

1.    rektorun adına ərizə;

2.      kadrlar uçotunun şəxsi vərəqəsi;

3.      tərcümeyi-hal;

4.      ali təhsil haqqında diplomun surəti;

5.      elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti;

6.      dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

7.      kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Ətraflı məlumat üçün klik edin

 

Digər Elanlar