- 10 Nov 2022
Bakı Avrasiya Universitetində respublika elmi-praktik konfransı keçiriləcəkdir
Dekabr ayının 21-də Bakı Avrasiya Universitetində “Keyfiyyət təminatı sistemində vəzifə və öhdəliklər” mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Konfransın əsas mövzuları:
- Daxili Keyfiyyət siyasəti
- Daxili Keyfiyyət Təminatında tələbələrin rolu
- Tələbəyönümlü təhsil sistemi
- Ali təhsil müəssisələrində Daxili Keyfiyyət Təminatının faydaları
- Daxili Keyfiyyət Təminatında maraqlı tərəflərin rolu
- Daxil Keyfiyyət Təminatında akademik heyətin rolu
Konfrans materiallarına aid olan tələblər aşağıdakı kimidir:
Yazı qaydaları və tərtibi:
Kənarlar: 2,5 sm
Şrift növü: 12, Times New Roman
Xətt boşluğu: 1.00 sm
Başlıq: Böyük hərflərlə
Açar sözlər: Ən azı 3 ədəd
Təqdimat dilləri: rus, ingilis və türk dili
Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır
Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir:
Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir
İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir
Konfrans materialları 10 dekabr 2022-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Telefon: 055-778-77-60
E-mail: [email protected]