Elanlar

GreenCity Hackathon müsabiqəsi

GreenCity Hackathon müsabiqəsi
  • 01 Mar 2026

“GreenCity Hackathon” – Gələcəyin Şəhərini Bizimlə Qur!

Bakı Avrasiya Universiteti (BAAU), Niğde Ömer Halisdemir Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA), Abşeron Logistika Mərkəzi və CODERS Azerbaijan təşkilatçılığı ilə “2026-cı il Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclər üçün innovasiya yarışı elan edilir.

Əgər sən də ekologiya, memarlıq, İT və süni intellekt sahələrində maraqlısansa, real şəhər problemlərinə startap həlləri hazırlamaq üçün bu fürsəti qaçırma!

Hackathon-un əsas istiqamətləri:

- Dayanıqlı Memarlıq və Yaşıl Şəhərsalma – Müasir memarlıq həlləri və ağıllı bina sistemləri.

- Ekoloji və SMART Şəhər – Tullantıların idarə olunması, su və enerji resurslarının səmərəli istifadəsi.

- Süni İntellekt (Sİ) və IoT – Sİ əsaslı şəhər planlaşdırma modelləri və Əşyaların İnterneti həlləri.

- Smart Logistika – Müasir şəhərlərdə logistik və nəqliyyat həlləri.

Mükafatlar və qazanclar:

Qalib gələn komanda üzvlərini CODERS Azerbaijan tərəfindən dəyərli tədris kuponları və beynəlxalq təcrübə gözləyir:

- 1-ci yer - Niğde Ömər Halisdemir Universiteti (Türkiyə) – komandadan 1 üzv üçün iştirak haqqı + Hər üzvə 1000 AZN dəyərində CODERS tədris kuponu.

- 2-ci yer - Hər üzvə 800 AZN dəyərində CODERS tədris kuponu.

- 3-cü yer - Hər üzvə 600 AZN dəyərində CODERS tədris kuponu.

Qeyd: Xüsusi nominasiyalar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Vacib tarixlər:

- Son qeydiyyat: 15 Mart 2026

- Yarışma tarixi: 03–04 Aprel 2026

- Məkan: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) binası (Atatürk pr. 93)

Ümumi qoşulma şərtləri:

- Komanda tərkibi: 3 nəfərlik komandalar şəklində müraciət nəzərdə tutulur (İT, mühəndislik, ekologiya, memarlıq və şəhərsalma sahəsində təhsil alan tələbələr, startapçılar və tədqiqatçılar).

“GreenCity Hackathon” yarışında iştirakçı hədəf kütləsi:

- Şəhər mühitinin planlaşdırılması və estetik həllər təklif edən;

- İnşaat, ekologiya və enerji səmərəliliyi üzrə ixtisaslaşan;

- “Ağıllı şəhər” (Smart City) konseptləri üçün proqram təminatı hazırlayan;

- Dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində ideyası olan gənc startapçılar;

- Proqramlaşdırma, data analitikası və rəqəmsal həllər üzrə bilikləri olan;

- Ətraf mühitin qorunması və “yaşıl” həllərin tətbiqi ilə maraqlanan;

- Urban dizayn və landşaft memarlığı sahəsində innovativ yanaşması olan yaradıcı gənclər.

Qeydiyyat:

Gələcəyin yaşıl texnologiyalarını yaratmaq üçün qeydiyyatdan keç: https://baau-greencity.edgeone.app

İnnovativ ideyanı startapa çevir və gələcəyin mütəxəssisi olmaq üçün ilk addımı at! 

GreenCity Hackathon müsabiqəsi

Digər Elanlar