Elanlar

“Heydər Əliyev və gəncliyimiz” mövzusunda esse müsabiqəsi

“Heydər Əliyev və gəncliyimiz” mövzusunda esse müsabiqəsi
  • 07 Dec 2022

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” münasibətilə “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsi elan edir.

Müsabiqənin şərtlərinə görə yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir, hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir. Yazının tərtibinə qoyulan tələblərlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin feysbuk səhifəsində tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər yazının elektron variantını 2023-cü il yanvarın 5-dək [email protected]  ünvanına göndərə bilərlər. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.

Digər Elanlar