- 24 Feb 2023
“Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Konfrans
5 may 2023-ci il, Bakı
Bakı Avrasiya Universiteti və İKSAD İnstitutu (Türkiyə)
(üz-üzə və onlayn iştirak)
Müraciət və qeydiyyat prosesi
Konfrans təqvimi
• Xülasə (özət) təqdim etmək üçün son tarix: 15 aprel 2023
• Qeydiyyat: 15-20 aprel 2023
• Proqramın elanı: 25 aprel 2023
• Tam mətnin göndərilməsi üçün son tarix: 1 may 2023-ci il (tam mətni təqdim etmək öhdəliyi yoxdur, yalnız xülasə ilə də iştirak edilə bilər)
• Konfrans materiallarının son nəşr tarixi: 10 may 2023-cü il
Konfransın əhatə dairəsi və mövzuları
Konfrans bütün elm sahələrini əhatə edən “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda araşdırmalara açıqdır.
Akkreditasiya
Konfransımız beynəlxalq akkreditasiyaya malikdir. Həm elmi komitə, həm də işin qiymətləndirilməsi prosesi akademik yüksəliş meyarlarına cavab verir.
Xülasə və yazı qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıq Azərbaycan, türk və ingilis dillərində.
Tam mətn ən azı 5 səhifə, 12 şrift 1 aralıq xülasə (özət) də daxil olmaqla Azərbaycan, türk və ingilis dillərində.
Müraciət forması
• Word formatında yazılmış xülasənizi 15 aprel 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.
• Xülasə qiymətləndirmə prosesi orta hesabla 2 gün çəkir. Hakimin qərarı (müsbət/mənfi/düzəliş) dərhal sizinlə paylaşılır.
• Xülasəniz qəbul edildikdən sonra sizə qəbul məktubu (pdf) göndəriləcək.
• Üz-üzə və onlayn iştirakla bağlı ətraflı məlumat aşağıda verilmişdir.
• Konfrans proqramı 25 aprel 2023-cü ildə dərc olunacaqdır. Zəhmət olmasa proqramda adınızı yoxlayarsınız.
•Təqdimatlar (onlayn və yaxud üz-üzə 5 may 2023-cü il tarixində keçiriləcəkdir. Sessiyalar mövzular və dil əsasında təşkil olunacaqdır.
• Onlayn təqdimatlarda iclas sədri/moderatoru olmaq istəyən iştirakçılar müraciətlərini 25 aprel 2023-cü il tarixinədək elektron poçt vasitəsi ilə bildirmələri lazımdır.
•Tam mətnlərinizi 1 may 2023-cü il tarixləri arasında [email protected] ünvanına göndərə bilərsiniz.
• İstinadlar və ədəbiyyatlar APA Stilində tərtib edilməlidir.
Konfransada iştirak ödənişsizdir
Onlayn iştirak nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (onlayn iştirakçılar üçün PDF şəklində)
Üz -üzə iştirak nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri (PDF)
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (PDF şəklində)
Çay kofe
KONFRANSIN NƏŞR İMKANLARI
Xülasə və tam mətnlər kitabda ISBN ilə çap olunacaqdı
Vacib Xatırlatma
Tezislərininz tək müəllifi olmalıdır. Müəllif yalnız bir məqalə ilə iştirak edə bilər.