- 06 Mar 2025
Bakı Avrasiya Universiteti IV Beynəlxalq İqtisadiyyat, Biznes və Sosial Elmlər Simpoziumunun (4th INTERNATIONAL SYMPOSIUM OF ECONOMISCS, BUSINESS & SOCIAL SCIENCES'25 (4th ISEBUSS) tərəfdaşlarından biri olaraq bu mötəbər tədbirin təşkilində iştirak edir. Simpozium 18-19 iyul 2025-ci il tarixlərində Albaniyanın paytaxtı Tiranada, Tirana Dövlət Universitetinin ev sahibliyi ilə baş tutacaq.
Simpoziumun əsas mövzusu:
"Bütün aspektlərdə qlobal təhdidlər"
Tədbirdə iqtisadiyyat, biznes, hüquq, təhsil, ətraf mühit, logistika, bankçılıq və sığorta, turizm, ictimai xidmətlər, immiqrasiya və mənzil, sosiologiya, psixologiya, mühəndislik və digər müvafiq sahələr üzrə tədqiqatçılar iştirak edə bilərlər.
Əsas tarixlər:
Tezislərin son göndərilmə tarixi: 6 iyul 2025
Tam məqalələrin son göndərilmə tarixi: 13 iyul 2025
Qeydiyyat üçün son tarix: 13 iyul 2025
İştirak formatı:
Simpozium həm əyani, həm də onlayn formatda keçiriləcək.
Simpoziumun rəsmi dilləri:
İngilis və Türk dilləri.
Nəşr imkanları:
Simpoziuma təqdim edilən məqalələr nüfuzlu beynəlxalq indeksli jurnallarda dərc olunmaq imkanı əldə edəcək. Bunlar arasında SCOPUS, Web of Science, DOAJ və digər elmi bazalarda indekslənən jurnallar yer alır.
Məqalə qəbulu və əlavə məlumat üçün:
Email: [email protected]
Veb sayt: www.isebuss.com
Bakı Avrasiya Universiteti simpoziumda iştirak edəcək bütün tədqiqatçıları və akademik ictimaiyyəti bu beynəlxalq elmi platformada öz töhfələrini verməyə dəvət edir!