- 06 Aug 2023
BAKI AVRASİYA UNİVERSİTETİ
aşağıdakı kafedralarda kafedra müdiri vəzifələrini tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR :
Riyaziyyat və informasiya texnologiyaları (İKT) kafedrası
İqtisadiyyat kafedrası
Biznes və menecment kafedrası
Xarici dil və ədəbiyyat kafedrası
Nəzəri dilçilik və türk dilləri
Müvafiq kafedranın profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və “Bakı Avrasiya Universitetində dekan, kafedra müdiri, dekan müavini və professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:
- rektorun adına ərizə;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti;
- elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
- dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;
- namizədin kafedranın inkişafı ilə bağlı platforması
İddiaçıların tədris prosesinin idarə edilməsi, elmi-pedaqoji fəaliyyəti, tədris prosesidə yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ təlim üsullarının tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.
Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.
Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər ərizə ilə birlikdə Universitetin [email protected] elektron ünvanına təqdim olunmalıdır.
Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A
Əlavə məlumat üçün: +994 12 564 63 67; +99412 564 63 65 (daxili nömrə 108); [email protected]
Rektorluq