- 22 Feb 2024
Latviyada təqaüdlə təhsil imkanı!
Latviya Respublikası 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 1 aprel 2024-cü ildir. Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcəkdir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.