- 21 Aug 2025
Bakı Avrasiya Universitetinin (BAAU) magistraturasına qəbul olan bütün bakalavrları təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq !
Qeydiyyat 2025-ci il 21 avqust saat 11:00-dan 28 avqust saat 18:00-a kimi elektron qaydada https://portal.edu.az/ platformasında aparılır.
https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməmək təhsil almaqdan imtina kimi qiymətləndirilir.
QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:
1) Ali təhsil haqqında sənəd və ona əlavənin əsli (cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış);
2) Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi);
3) 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;
4) Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti;
5) Sağlamlıq haqqında arayış;
6) Təhsil haqqının ödəniş qəbzi;
7) Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi.
Siyahıda qeyd edilən sənədlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərkən tələb olunduğu halda sistemə yüklənməlidir.
Siyahı üzrə tələb olunan bütün sənədlər 16 sentyabr 2025-ci il tarixədək Universitetin Qeydiyyat ofisinə verilməlidir.
İllik təhsil haqqının 50%-i qeydiyyat zamanı ödənilməlidir, qalan təhsil haqqı məbləğinin ödənişinə 2025-ci ilin dekabr ayının 20-dək vaxt verilir.
Bakı Avrasiya Universitetinin (BAAU) Qəbul Komissiyası ilə təqdim olunan nömrələr ilə əlaqə saxlamaq olar:
WhatsApp: +994 99 310 14 13
Telefon: +994 12 564 63 67 – daxili: 109