Elanlar

Magistraturaya qəbul olanların nəzərinə!

Magistraturaya qəbul olanların nəzərinə!
  • 12 Jul 2022

BAKI AVRASİYA UNİVERSİTETİ

Magistraturaya qəbul olanların nəzərinə!

Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrlar elektron qaydada təhsil müəssisəsinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2022-ci il iyulun 14-dən 25‑dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün sənədlərin siyahısı

https://portal.edu.az/ platformasında qeydiyyatdan keçən bakalavrlar aşağıdakı sənədləri qeydiyyat müddətində (iyulun 14-dən 25-dək) Universitetə təqdim etməldirlər:

01 Ali təhsil haqqında sənəd və ona əlavənin əsli

02 Şəxsiyyət vəsiqəsinin surəti 

03 3×4 ölçüdə 4 ədəd fotoşəkil

04 Hərbi biletin surəti, hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar)

05 Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi 

06 Elektron ərizənin iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu

07 Təhsil haqqı ödənişi haqqında qəbzin surəti (təhsil haqqı Universitetin aşağıda göstərilmiş bank hesabına ödənilməlidir)

Universitetin bank hesab nömrəsi

Bakı Avrasiya Universiteti
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1500008331
Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200048
H/H :AZ22AIIB38030019441100326104
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X

 

Qeyd:

1. Təqdim olunan sənədlərdə ad, soyad və ya ata adı fərqlənərsə, tələb olunan sənədlərə ad, soyad və ya ata adının dəyişdirilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

2. Sağlamlıq haqqında arayış sentyabr ayının 15-dək təqdim edilməlidir.

"3. Dövlət büdcəsi hesabına təhsil almaq hüququ olan aşağıdakı kateqoriyadan olan şəxslər bu imtiyazı təsdiq edən sənədlərin notarial təsdiqini təqdim etməlidir:

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sırasından olan şəxslər (əyani formada, 23 yaşınadək);

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;

- I və II dərəcə əlilliyi olan şəxslər

4. Universitetin elan etdiyi təhsil haqqı güzəştini qazanmış (müsabiqənin ilk mərhələsində Universiteti seçməklə 100 bal toplayanlar I semestrin təhsil haqqından tam, 90-99 bal toplayanlar 30 % güzəşt) şəxslər bu güzəştdən istifadə etmək üçün illik təhsil haqqının qalan hissəsini qeydiyyat zamanı ödəməlidir.

"Sənədlər  25 iyul 2022-ci il tarixədək həftənin I-V günləri saat 10.00-dan 17.00-dək qəbul edilir .

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A 

Əlaqə tel.: +994 12 564 42 72, mob.: +994 55 429 48 29 (Nicat İsmayılov)"

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Universitetin [email protected] elektron ünvanına göndərilməlidir.

Digər Elanlar