Elanlar

Müstəqil Azərbaycan: gerçəklik işığında

Müstəqil Azərbaycan: gerçəklik işığında
  • 21 Apr 2022

Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzi 25-26 may 2022-ci il tarixlərində müstəqillik günü münasibətilə “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransı keçirir.

“Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransı dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə Azərbaycanda keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyır. 

Azərbaycan elminin sabahının mərhələli inkişafı üçün əməkdaşlıq sahələrində çalışan elm adamlarını bir araya gətirmək, onların fikir və təkliflərini bölüşmək məqsədi ilə keçirilən “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransında iştirakınız bizi məmnun edəcəkdir.

Yazı qaydaları və tərtibi

Kənarlar: 2,5 sm

Şrift növü: 12, Times New Roman

Xətt boşluğu: 1.00 sm

Başlıq: Böyük hərflərlə

Açar sözlər: Ən azı 5 ədəd

Xülasələr 200-250 söz arasında olmalıdır. Bundan əlavə, məqalədə müəlliflərin adı, soyadı, iş yerləri, elm sahələri, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID və ya UOT nömrələri olmalıdır.

Xülasələnizi ən geci word/doc formatında 15 may 2022-ci il tarixinədək [email protected] e-mailinə göndərməlisiniz.

İŞTİRAK HAQQI 30 AZN

İŞTİRAK HAQQINA DAXİLDİR

Konfrans kitabında xülasə və tam mətnlərin nəşri.

Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı.

Onlayn məruzəçilər üçün PDF sənədi.

Xülasənin göndərilməsi

Konfransa xülasə göndərməklə müraciət etməlisiniz.

Xülasənin qiymətləndirmə prosesi maksimum 5 gün çəkir.

Müəllifə qiymətləndirmənin nəticəsi barədə gecikmədən məlumat verilir.

TAM MƏTNİN GÖNDƏRİLMƏSİ

Tam mətninizin Konfrans kitabında çap olunmasını istəyirsinizsə

xülasələr qəbul edildikdən sonra tam mətninizi ən geci 20 may 2022-ci il saat 17:00-a qədər [email protected] e-mailinə göndərə bilərsiniz.

Tam mətnin yazılması qaydaları

Kənarlar: 2,5 sm.

Şrift növü: 12, Times New Roman

Xətt boşluğu: 1.00 sm.

Başlıq: Böyük hərflərlə

Altyazı: Kiçik hərflərlə

Səhifə sayı: Ən azı 3 səhifə olmalıdır. Üst limit yoxdur.

XÜLASƏ, GİRİŞ, ALT BAŞLIQLAR, NƏTİCƏ və ƏDƏBİYYAT BÖLMƏLƏRİ tam mətninizdə ayrı-ayrı başlıqlar altında yazılmalıdır.

Sitat formatı: İstədiyiniz sitat formatından istifadə edə bilərsiniz.

Bundan əlavə, məqalədə müəlliflərin adı, soyadı, iş yerləri, elm sahələri, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID və ya UOT nömrələri olmalıdır.

Məqalə mətni Yazı Qaydalarına uyğun hazırlanmalıdır. Yazı Qaydalarına uyğun olaraq hazırlanmamış məqalələr dəyərləndirilməyəcəkdir.

TƏQDİMAT DİLLƏRİ:

Türkcə (bütün türk dilləri), ingilis və rus dili

NƏŞR PROSESİ:

Xülasə və tam mətnləriniz Konfrans kitabında ISBN ilə çap olunacaq. Bunun üçün heç bir əlavə ödəniş (Konfrans haqqı ödənişinə daxildir) tələb olunmur. Xülasələr və tam mətnlər Konfransşn elektron ünvanına göndərilməlidir.

Əlaqə

Ünvan: Bakı Avrasiya Universiteti Ak. Həsən Əliyev küçəsi

135/A BAKI - AZ1073 AZƏRBAYCAN

Fəxriyyə Həsənoğlu

+994 51 703 88 13

Lamiyə Kərimova

+994 50 700 88 85

E-poçt: [email protected]

Digər Elanlar