- 01 Oct 2026
Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramına qəbul elan edir.
Müsabiqə aşağıdakı yerlər üzrə keçirilir:
• Təhsilalanların mobilliyi: 1 (bir) yer
• Təhsil müddəti: 1 (bir) semestr
• Müraciət üçün son tarix: 22.10.2026
Müraciət üçün tələblər:
• Bakalavriat səviyyəsində təhsilalanlar: ÜOMG 71 baldan yuxarı olmalıdır;
• Magistratura səviyyəsində təhsilalanlar: ÜOMG 81 baldan yuxarı olmalıdır;
• Dil biliyi: ən azı B2 səviyyəsində türk dili.
Tələb olunan sənədlər:
• Xarici pasportun surəti;
• Akademik transkript (ingilis dilində);
• CV (türk və ya ingilis dilində);
• Niyyət məktubu;
• 3x4 ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında);
• Sertifikatlar (əgər varsa).
Təqaüd nələri əhatə edir?
• Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;
• Səfər xərci: 395 (üç yüz doxsan beş) avro;
• Qəbul edən universitetdə təhsil haqqından azadolma.
Qeyd 1: Yaşayış yeri (mənzil/yataqxana) xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.
Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.
Qeyd 3: Əvvəllər Erasmus+ proqramında iştirak etməmiş tələbələrə üstünlük veriləcək.
Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:
• Mob./WhatsApp: (+994) 50 357 51 78 (hər gün saat 09:00-dan 20:00-dək)
• E-poçt: [email protected]




