- 01 May 2025
Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti, Türkiyə Bursları çərçivəsində həyata keçirilən Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı (Türkiye International Exchange Scholarship Program - TIES) üzrə pilot universitet olaraq müəyyən edilmişdir. Bu çərçivədə Bakı Avrasiya Universitetinin (BAAU) uyğun tələbələri də TIES proqramı üzrə təqaüdlü mübadilə proqramında iştirak etmək üçün müraciət edə bilərlər.
Son müraciət tarixi: 24 May 2025-ci il
Müraciət üçün tələblər:
- Bakalavriat səviyyəsində təhsil alan tələbələr: Minimum ÜOMG 65/100;
- Magistr və ya doktorantura səviyyəsində təhsil alan tələbələr: Minimum ÜOMG 76/100;
- Dil biliyi: Ən azı B1 səviyyəsində ingilis və ya türk dili biliyi (müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur).
Tələb olunan sənədlər bu ([email protected]) e-mailə göndərilməlidir:
- Ümumvətəndaş pasportun surəti;
- Akademik Transkript (ingilis dilində);
- 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).
Qeyd: Müraciət forması (yalnız uyğun gələcək namizədlərə BAAU-nun Layihələrin idarəedilməsi və akademik mobillik sektoru tərəfindən verilir).
Təqaüd nələri əhatə edir?
- Aylıq təqaüd;
- Yaşayış (yataqxana) dəstəyi;
- Bir dəfəlik gediş-gəliş (təyyarə bileti) xərcinin qarşılanması;
- Qəbul edən universitetdə təhsil haqqından azadolma.
Qeyd: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.
QEYD: 2025-2026-cı tədris ilinin hər semestri üçün bir tələbə seçiləcək.
Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Layihələrin idarəedilməsi və akademik mobillik sektoruna müraciət edə bilərsiniz:
Mob./Votsap: (+994) 50 357 51 78 (müraciət üçün hər gün saat 09:00-dan 20:00-a kimi)
E-poçt: [email protected]