- 02 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) də tərəfdaş kimi iştirak etdiyi “Qarabağ – VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” 23–25 aprel 2026-cı il tarixlərində Qarabağın incisi Şuşa şəhərində keçiriləcəkdir. Konfransın əsas məqsədi müxtəlif elm sahələrində aparılan aktual tədqiqatların müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və tədqiqatçılar arasında təcrübə mübadiləsinin təşviqidir.
Konfrans həm üzbəüz, həm də onlayn formatda təşkil olunacaqdır.
Mühüm tarixlər:
Xülasələrin (özetlərin) son təqdimetmə tarixi: 13 aprel 2026
Konfrans proqramının elan olunması: 18 aprel 2026
Ödəniş müddəti: 13–18 aprel 2026
Konfransın keçirilmə tarixləri: 23–25 aprel 2026
Tam mətnlərin göndərilməsi üçün son tarix: 28 aprel 2026 (Qeyd: Tam mətn təqdim etmək məcburi deyil)
ISBN-li konfrans materialları kitabının nəşr tarixi: 25 may 2026
Konfrans materiallarına DOI verilmə tarixi: 25 iyun 2026
Keçirilmə yeri və format:
Açılış mərasimi: 23 aprel 2026 — Şuşa şəhəri, Qarabağ Otel
Üzbəüz iclaslar və canlı təqdimatlar: 23–24 aprel 2026 — Şuşa, Qarabağ Otel Konqres zalı
Onlayn təqdimatlar: 25 aprel 2026 — ZOOM platforması üzərindən
Əlaqə:
Telefon: +994 77 331 98 24
E-poçt: [email protected]
Ətraflı məlumat üçün link: https://www.karabaghconference.com




