- 25 Jan 2024
“Qlobal istiləşmə və iqlim dəyişikliyi ” mövzusunda Respublika Konfransı
29 fevral 2024-cü il, Bakı
Bakı Avrasiya Universiteti
Müraciət və qeydiyyat prosesi
Konfransın təqvimi
• Xülasə təqdim etmək üçün son tarix: 20 fevral 2024-cü il
• Proqramın elanı: 26 fevral 2024-cü il
• Konfransın keçirilməsi: 29 fevral 2024-cü il
• Tam mətnin göndərilməsi üçün son tarix: 10 mart 2024-cü il
Konfransda iştirak
• Konfrans Bakı Avrasiya Universitetində keçiriləcəkdir
Konfransın əhatə dairəsi və mövzuları
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdi.
XX əsrdən başlayaraq ekoloji problemlərin artması və ciddi iqlim dəyişmələri iqtisadi sahənin mütəxəssislərini də düşündürmüşdür.Buna görə də sərəncamdan irəli gələn bir vəzifə kimi Sizi Bakı Avrasiya Universitetinin “Biznes və menecment ”,“İqtisadiyyat və idarəetmə" kafedralarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda iştirak etməyə dəvət edirik.
Tədqiqat sahələri/ Konfransın əhatə dairəsi
Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
Qlobal istiləşməyə qarşı karbonsiz Hava Limanı layihəsi ;
Qlobal istiləşmə və iqlim dəyişikliyinə qarşı alınan tədbirlərin səmərəliliyi ;
Qlobal istiləşmə ilə bağlı mübarizə;
İqlim dəyişikliyi iqtisadiyyatı;
Enerji siyasətləri;
Su ehtiyatlarının idarə edilməsi;
Bərpa olunan və davamlı enerji mənbələri;
Ekosistem və biomüxtəliflik;
İqlim dəyişikliyinin sosioloji təhlili;
Karbon qazı və istixana qazlarının azaldılması;
Enerji sektorunda rəqəmsallaşma;
Qlobal qaralmanın qlobal istiləşməyə təsirləri;
İş dünyasının təkrar emala baxışı;
Yaxın gələcək təhlükə: qlobal istiləşmə;
Qlobal istiləşmənin yaratdığı problemlərdə insan amili ;
Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri
Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir.
Xülasə və yazı qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıqla Azərbaycan, ingilis və rus dillərində göndərilməlidir. Xülasənin sonunda açar sözlər göstərilməlidir
Məruzə mətninin yazı qaydaları:
Tam mətn 5-10 səhifə, 12 şrift 1 aralıqla xülasələr də daxil olmaqla Azərbaycan, ingilis və ya rus dillərindən birində göndərilməlidir
Müraciət forması
Word formatında yazılmış xülasə 20 fevral 2024-cü il tarixinədək [email protected] ünvanına göndərilməldir
Xülasə qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək
Konfrans 29 fevral 2024-cü il tarixində keçiriləcəkdir
Məruzənin tam mətnləri 10 mart 2024-cü il tarixinədək [email protected] ünvanına göndərilməlidir.
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• 12 ölçülü Times New Roman şrifti
• Sətirlərarası interval – 1
• Mətnin kənar boşluqları – 2 sm
• Mətnin əvvəlində müəllifin adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir
• İstinadlar və ədəbiyyatlar APA stilində olmalıdır.
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materiallarında yer verilməyəcəkdir.
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: +994 12 564 63 67(dax.141)E-mail: [email protected]