Elanlar

"Ayrılmadı könül candan" adlı hekayə və esse müsabiqəsi

"Ayrılmadı könül candan" adlı hekayə və  esse müsabiqəsi
  • 16 Mar 2022

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında Şuşa İli münasibətilə "Ayrılmadı könül candan!" adlı hekayə və esse müsabiqəsi elan edir.

Müsabiqə mədəniyyət paytaxtımız Şuşanın və bütövlükdə Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin təbliği və qorunması, gənc nəsil tərəfindən öyrənilməsi, həmçinin tələbələrdə düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dil normalarına riayət olunmasının təmin edilməsi məqsədilə keçirilir.

Mövzular:

• Qarabağın ədəbi-bədii mühiti;

• Qarabağın tarixi-memarlıq abidələri;

• Qarabağ Azərbaycanın musiqi beşiyidir;

• Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir.

Müsabiqənin şərtləri:

• Yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir;

• Hər müəllif yalnız bir yazı ilə iştirak edə bilər.

Yazının tərtibinə qoyulan tələblər:

1. Mətnin formatı: Microsoft Word

2. Yazının şrifti: Arial, 14

3. Yazının həcmi: 1500-2000 söz

4. Sətirlərarası məsafə: 1,5

İştirak etmək istəyənlər yazının elektron variantını 2022-ci il aprelin 5-dək [email protected] imeylinə, əlyazmasını isə qapalı zərfdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə (AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 117) göndərə bilərlər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.

Digər Elanlar