ELANLAR

"BAAU Məzun Forumu 2026 və Məzun–Karyera Sərgisi" tədbiri təşkil olunacaq

"BAAU Məzun Forumu 2026 və Məzun–Karyera Sərgisi" tədbiri təşkil olunacaq
  • 22 Apr 2026

Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən ilk dəfə tələbə və məzunların əmək bazarı ilə birbaşa əlaqəsini təmin etmək məqsədilə "BAAU Məzun Forumu 2026 və Məzun–Karyera Sərgisi" tədbiri təşkil olunacaq.

Tarix: 7 may 2026-cı il

Məkan: Bakı Avrasiya Universiteti (BAAU)

"Məzun–Karyera Sərgisi" tədbiri (saat 11:00-12:45) təşkil olunacaq və iştirakçılar aşağıdakıları əldə edəcəklər:

— 70-dən artıq dövlət və özəl sektor nümayəndələri ilə görüş;

— Mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq;

— İnsan Resusları mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq;

— Peşəkar əlaqələr formalaşdırmaq.

"BAAU Məzun Forumu 2026" tədbiri (saat 13:00-15:00) BAAU-nun akt zalında təşkil olunacaq və iştirakçılar aşağıdakıları əldə edəcəklər:

— İnsan resursları üzrə mütəxəssislərin çıxışlarını dinləyəcək;

— Məzunların uğurlu karyera təcrübələri ilə tanış olacaqlar;

— İşə qəbul prosesində qarşıya çıxan əsas məsələlər və onların həlli yolları barədə məlumat əldə edəcəklər.

Qeydiyyat linki: https://forms.gle/2W9MpXhmgJbo57q46

"BAAU Məzun Forumu 2026 və Məzun–Karyera Sərgisi" tədbiri təşkil olunacaq

DİGƏR ELANLAR