ELANLAR

Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kolleci mübadilə proqramına qəbul elan edir

Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kolleci mübadilə proqramına qəbul elan edir
  • 23 Oct 2026

Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kolleci 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir

 

Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kolleci ali təhsil müəssisəsi 2026/2027-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində müsabiqə elan edir.

Müsabiqənin adı: Erasmus+ KA171 beynəlxalq mübadilə proqramı

Müsabiqədə seçiləcək tələbələrin sayı: 2 (iki)

Yaz semestri: 01.03.2027 – 11.06.2027

Müraciət üçün son tarix: 05.12.2026

Müraciət üçün tələblər:

·       Yaş həddi: 18 yaşı tamam olmuş tələbələr;

·       Bakalavriat səviyyəsində İnformasiya Texnologiyaları ixtisasında təhsil alanlar: minimum ÜOMG 65/100;

·       Dil biliyi: ən azı B2 səviyyəsində ingilis dili. Müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur.

Tələb olunan sənədlər:

• Ümumvətəndaş pasportunun surəti;

• Akademik transkript (ingilis dilində);

• CV (ingilis dilində);

• Niyyət məktubu (ingilis dilində);

• 3x4 ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).

 

Qeyd 1: Yaşayış yeri (mənzil/yataqxana) xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd 3: Əvvəllər Erasmus+ proqramında iştirak etməmiş tələbələrə üstünlük veriləcək.

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz.

Mob./WhatsApp: (+994) 50 357 51 78

E-poçt: [email protected]

Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kolleci mübadilə proqramına qəbul elan edir

DİGƏR ELANLAR