ELANLAR

Sinop Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir

Sinop Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir
  • 28 Oct 2026

Türkiyə Respublikasının Sinop Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramına qəbul elan edir

 

Müsabiqə aşağıdakı yerlər üzrə keçirilir:

•        Təhsilalanların mobilliyi: 1 (bir) yer

•        Təhsil müddəti: 1 (bir) semestr

•        Fakültə: qəbul yalnız Boyabat İktisadi ve İdari Bilimler Fakültesi üzrə aparılır

•        Müraciət üçün son tarix: 18.11.2026

Müraciət üçün tələblər:

•        Bakalavriat səviyyəsində təhsilalanlar: ÜOMG 65 baldan yuxarı olmalıdır;

•        Dil biliyi: ən azı B2 səviyyəsində türk dili.

Tələb olunan sənədlər:

•        Xarici pasportun surəti;

•        Akademik transkript (ingilis dilində);

•        CV (türk və ya ingilis dilində);

•        Niyyət məktubu;

•        3x4 ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında);

•        Sertifikatlar (əgər varsa).

Təqaüd nələri əhatə edir?

•        Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;

•        Səfər xərci: 309 (üç yüz doqquz) avro;

•        Qəbul edən universitetdə təhsil haqqından azadolma.

Qeyd 1: Yaşayış yeri (mənzil/yataqxana) xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd 3: Əvvəllər Erasmus+ proqramında iştirak etməmiş tələbələrə üstünlük veriləcək.

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:

•        Mob./WhatsApp: (+994) 50 357 51 78 (hər gün saat 09:00-dan 20:00-dək)

•        E-poçt: [email protected]

Sinop Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir

DİGƏR ELANLAR